SON DƏQİQƏ

Suriyanın şimalında Türkiyənin 5 hərbçisi yaralanıb

Tarix:23-10-2019, 20:50

Suriyanın şimalında yerləşən Rasulayn bölgəsində PKK/YPG terrorçuları tərəfindən Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə hücum edilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, terrorçular minaatanlardan Türkiyə ordusunun mövqelərini atəşə tutublar, habelə hücum zamanı drondan istifadə edilib.

Nəticədə Türkiyə ordusunun 5 hərbçisi yaralanıb.

Türkiyə Silahlı Qüvvələri terrorçulara cavab atəşi açıb.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN