SON DƏQİQƏ

Türkiyədən uyğur türkləri ilə bağlı qərar - Sincana müşahidəçilər göndəriləcək

Tarix:30-07-2019, 20:34

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qatıldığı 52-ci Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının xarici işlər nazirlərinin iclasında Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

Musavat.com Türkiyə mətbuatına istinadən məlumat verir.

Görüşdə bir çox mövzulara toxunulduğunu qeyd edən Çavuşoğlu uyğur türkləri ilə bağlı da məsələnin müzakirə olunduğunu bildirib:

"Çinin xarici işlər naziri Vanq Yi ilə enerji məsələsi daxil olmaqla bir çox mövzularda müzakirələr apardıq. Əsas gündəm mözularımızdan biri də uyğur türkləriinin vəziyyəti ilə bağlı oldu. Çin Xalq Respublikasının tələbi ilə Sincana müşahidə missiyası göndərəcəyik".

Çavuşoğlu bu barədə öz Tvitter hesabında məlumat paylaşıb.

Türkiyədən uyğur türkləri ilə bağlı qərar - Sincana müşahidəçilər göndəriləcəkскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN