SON DƏQİQƏ

Türkmənistan prezidentinin ölümü haqqında danışan vətəndaşlar həbs olunur

Tarix:29-07-2019, 18:40

Türkmənistan prezidentinin ölümü ətrafında müəmma sürsə də, bununla bağlı xəbərləri yayanlar, hətta adi vətəndaşlar belə təqib olunur.

“Xronika Turkmenistana” saytının verdiyi məlumata görə, ən az 3 mülki şəxsin prezidentin vəfatı haqqında söz-söhbət yaymağa görə tutulduğu bildirilir.

Saytın yazıdğına əsasən, güc strukturları paytaxt Aşqabadda və bölgələrdə dövlət başçısının səhhəti iə əlaqədar gedən məlumatlarla bağlı olaraq gücləndirilmiş iş rejiminə keçib.

“Ölkədə sabitliyi pozmaq” cəhdinə görə “Türkməntelekom”un Lebap vilayətinin əməkdaşı, habelə su təsərrüfatıı idarəsinin və mənzil-kommunal təsərrüfatının işçisi saxlanılıb.

Xatırladaq ki, Qubanqulu Berdımuhammedovun ölümü barəsində ilk xəbər bu ilin iyulun 20-də Youtube kanalına verilib. Həmin vaxta qədər o, ictimiyyət önündə 15 gündür görünmürmüş Daha sonra Avrasiya problemlərinin monitorinqi mərkəzinin direktoru Aslan Rubayev onun öldüyünü söyləyib. Lakin sonradan o, xəbəri inkar edərək üzr istəyib.

Yalnız bu ilin iyulun 25-də Türkimənistan prezidenti ekrana çıxıb. “Altyn Asir” kanalının göstərdiyi görüntülərdə prezidentin Aşqabaddakı bəzi infrastruktur tikililəri ilə bağlı göstərişlər verdiyi görünür.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN