Moskvanın Şeremetyevo hava limanında təyyarənin Moskva-İrəvan marşrutu ilə uçuşa hazırlaşdığı zaman özü hərəkət edən trap laynerə çarpılıb.
"Report" RBK-ya istinadən xəbər verir ki, "Nordwind" aviaşirkətinə məxsus təyyarə zərər gördüyündən sərnişinlər ehtiyat hava gəmisi ilə uçmalı olacaq.
Xatırladaq ki, ötən həftə də "Nordwind" aviaşirkətinin həyata keçirməli olduğu Moskva-İrəvan reysində də qəza baş verib. İyulun 19-da baş verən hadisə zamanı təyyarənin göyərtəsində tüstülənmə barədə siqnal verildiyindən sərnişinlər hava trapı ilə təcili təxliyyə edilməli olub. Təxliyyə zamanı 5 sərnişin xəsarət alıb, 2 nəfər xəstəxanaya yerləşdirilib.