Vladimir Putinin “Vahid Rusiya” partiyası heç olmadığı qədər nüfuzdan düşüb.
“Müxtəlif bölgələr üzrə keçirilən qubernatorluq seçklərində yaşanan məğlubiyyətlər hökumətə əsl rüsvayçılıq yaşadıb”, - deyə “Süddeutsche Zeitung” qəzetindən Zilke Biqalke yazır.
Müəllfin danışdırdığı Kremlə yaxın Siyasi informaisya mərkəzinin rəhbəri Aleksey Muxin də vəziyyətin çətin olduğunu etiraf edir: “Bu böhranın başlanğıcıdır və tezliklə daha da kəskinləşə bilər. Üstəlik, qarşıda, 2021-ci ildə Dövlət Dumasına keçiriləcək seçkilər gəlir.
“Bu gün iqtidar partiyası ədalətli seçkilərdə qalib gəlmək üçün olduqca zəifdir. Bununla bərabər, onun əl atdığı fırıldaqlar da dərin ağılla hərəkət etmədiklərini nümayiş etdirir. Məsələn Moskva şəhər Dumasına əksər yerlər “Vahid Rusiya”ya məxsusdur. Lakin sentyabrdakı seçkilərdə onun üzvləri müstəqil namizədlər kimi iştirak edəcəklər. Hətta Dumanın sədr müavini Andrey Metelski belə özünü partiyadan kənar namizəd olaraq göstərib”,-deyə müəllif yazır.
“Vahid Rusiya artıq qürubdadır”,-deyə Karnegi mərkəzinin sosioloqu Konstantin Qaaze müəllifə bildirib.
“Dövlətə yaxın Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzi (ВЦИОМ) belə Putinin parityasının bütün ölkədəki nüfuzunun 32%, müstəqil “Levada-sentr” təşkilatı isə 25% olduğunu göstərib. Bu isə heç xeyir əlaməti deyil”,-deyə məqalədə bildirilir.
Müəllif iqtidarın buna görə müxalif kəsimlərin önündə süni əngəllər qurduğunu bildirir. Belə ki, müstəqil namizəd olaraq seçkilərdə iştirak etmək istəyənlər Moskva seçicilərinin 3%-i qədər imza toplamağa məcbur edilirlər. “3% qaydası əslində “uyğun olmayan namizəd”in buraxılmaması üçündür. İndi insanlaırn məzuniyyətdə olduğu zamandır. Üstəlik, vətəndaşlar qapılaırnı açıb özləri haqqında anket məlumatlaırn yer aldğı bir sənədi imzalamağa həvəslə yanışmırlar,”-deyə siyasi texnoloq Yekaterina Şulma qeyd edir.
Bundan başqa, imza toplayanlara qarşı mətbuatda çirkin kampaniya aparılır, onlara fizki təzyiq edilir. Ən maraqlısı isə odur ki, başqa saxta namizədlər saatlarla komissiya qarşısında növbədə dururlar ki, digərləri vaxtında imzaları təhvil verə bilməsin.
Müxtəlif bəhanələrlə Moskva Seçki Komissiyası, aralarında Lyubov Sobol, İlya Yaşin, Yulia Qalyamina, Dmitri Qudkov kimi rejimə müxalif sayılan siyasətçiləri seçkilərə buraxmayıb.
Keçən həftənin şənbə günü müxalifət ilk dəfə bir araya gələrək çoxminli mitinqdə etiraz səsini ucaltmağı bacarıb. “Səsi eşidilməyən seçicilərin qəzəbi Rusiya müxalifətinin yelkənlərini qabardıb. Lakin bu onları nə qədər aparacaq"-deyə “Süddeutsche Zeitung” sonda sual edir. (Musavat.com)