SON DƏQİQƏ

İndoneziya parlamentinin nümayəndələri Azərbaycana səfər edəcək

Tarix:23-07-2019, 21:10

İndoneziyanın Xalq Nümayəndələri Məclisinin sədr müavini Fədli Zonun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 28-də Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, İndoneziya səfirliyindən verilən məlumata görə, qonaqlar Milli Məclisdə bir sıra görüşlər keçirəcəklər.

Avqustun 2-dək davam edəcək səfər çərçivəsində iki ölkə arasındakı əməkdaşlıq, parlamentlər səviyyəsindəki əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN