SON DƏQİQƏ

Yunanıstana məxsus tankerin heyətinin 4 üzvü girov götürülüb

Tarix:4-11-2019, 21:23

Atlantik okeanının Toqo sahilləri yaxınlığında Yunanıstana məxsus “Elka Aristotel” tankerinin heyətinin 4 üzvü naməlum yaraqlılar tərəfindən girov götürülüb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, gəminin mühafizəçiləri ilə piratlar arasında atışma olub, mühafizəçilərdən biri güllə yarası alıb.



Girov götürülənlərdən 2-si Filippin, 1-i Yunanıstan, 1-i isə Gürcüstan vətəndaşıdır.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN