SON DƏQİQƏ

ABŞ Dövlət Departamenti İŞİD-in yeni başçısı haqda xəbərsiz olduqlarını bildirib

Tarix:7-11-2019, 11:38

ABŞ, Əbu Bəkr əl-Bağdadinin məhv edilməsindən sonra İŞİD terror qruplaşmasının yeni lideri olmuş şəxsin kimliyi barədə demək olar ki heç nə bilmir.

Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi brifinqdə bildirib.

Onun sözlərinə görə, Amerika hakimiyyəti silahlıların yeni lideri haqqında "demək olar ki heç nə bilmir".

Diplomat qeyd edib: "Onun kimliyi, yəqin ki, heç kimə məlum deyil. Heç kim onun keçmişi haqqında bilmir".

Ötən həftə ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın İŞİD-in yeni liderinin kim olduğunu dəqiq bildiyini söyləyib. Daha sonra jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin terror ilə mübarizə məsələləri üzrə koordinatoru Neytan Seyls, Vaşinqtonun İŞİD-in yeni liderinin kimliyi barədə dəqiq məlumatının olub-olmaması barədə suala cavab verməkdən yayınıb.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN