Türkiyə, dünən terror təşkilatı İŞİD-in öldürülən lideri Əbubəkr əl Bağdadinin böyük bacısı Rasmiya Avadı Suriyanın Azez şəhərində yaxalayıb.
Avropa.info xəbər verir ki, xəbəri Türkiyə Prezident Administirasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun təsdiqləyib.
Türkiyə mətbuatının yazdığına görə, Rasmiyə Avadda İŞİD-lə bağlı "kəşfiyyat xəzinəsi" kimi məlumatların olduğu güman edilir. İddialara görə, Bağdadinin bacısının İŞİD-lə münasibətləri olub və o uzun müddət axarışda olub. Lakin bu günə qədər onun harada olduğu barədə heç bir məlumat əldə edilməyib. 65 yaşındakı Rasmiya Avad, bazar ertəsi axşamı Türkiyənin nəzarətində olan Azez şəhərində həyat yoldaşı, gəlini və 5 uşağıyla birlikdə sığındığı bir konteynerdə ələ keçirilib.
Azez polisində istintaq edilən Rasmiya Avadın kəşfiyyat nöqteyi nəzərindən "qızıl mədəni" kimi bilgilərə sahib olduğu güman edilir.
Reuters agentliyinə danışan Türkiyənin adı açıqlanmayan yüksək vəzifəli nümayəndəsi "Bağdadinin bacısından İŞİD haqqında "kəşfiyyat xəzinəsi" kimi məlumatlar əldə edə bilərik" deyib.
ABŞ prezidenti Donald Tramp, Suriyanın İdlib şəhərində bir evdə gizlənən İŞİD terror təşkilatının lideri lideri Bağdadinin ABŞ xüsusi təyinatlı qüvvələrinin əməliyyatı zamanı bomba ilə özünü partlataraq öldürdüyünü açıqladı. Bağdadinin öldüyünə dair iki dəlil var. Trumpın açıqlaması və terror təşkilatı PKK/YPG-nin "Bağdadinin çirkli alt paltarını üç ay əvvəl əldə etmişdik.
Bağdadinin bacısının həbs olunması DNT testi baxımından ən dürüst qərarın çıxarılmasına səbəb ola bilər. Belə ki, terror təşkilatı liderinin bədən parçalarının DNT testi, bacısının DNT testi ilə uyğunlaşdırıla bilər. Bununla da Bağdadinin həqiqətən də ölüb-ölmədiyi haqda yekun qərar verilə bilər. Lakin, yenidən DNT testi keçirilməməsi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Bununla yanaşı, Bağdadinin ABŞvə PKK/YPG terror təşkilatının nəzarətindəki 377 kilometrlik bölgədən keçərək İdlibə necə gələ bilməsini də bacısı izah edə bilər. Rasmiyya Avadın eyni zamanda İŞİD-ə yardım edən kəşfiyyat xidmətləri haqda da məlumatı ola biləcəyi güman edilir. Bağdadinin bacısı həmçinin, İŞİD-in əlindəki qızıl və nağd pulun saxlandığı yerlərin də adını Türkiyə kəşfiyyatına verə bilər. Rasmiya Avad eyni zamanda 2004-cü ilə qədər normal bir həyatı olan Əbubəkr əl Bağdadinin İraqda ABŞ tərəfindən həbs edilib, 10 aylıq həbsdən azad edildikdən sonra necə radikallaşdığını izah edə bilər.
Bu arada BƏƏ-də fəaliyyət göstərən Əl-Ərəbiyyə televiziyası, İŞİD tərəfindən ələ keçirilən 70 milyon dollar və bir ton qızılın Cəzirə bölgəsində yoxa çıxdığını və yalnız bir çobanın 15 milyon dollar aldığını iddia edib.