Türkiyənin Daxili İşlər Nazirliyi ölkədə genişmiqyaslı antiterror əməliyyatı başladıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə DİN məlumat yayıb.
Məlumata görə, türk polisi PKK terror qruplaşması ilə mübarizə tədbirləri çərçivəsində “Qıran-5” əməliyyatını başladıb. Diyarbəkir, Bingöl və Muş ərazisini əhatə edəcək əməliyyatlarda 175 xüsusi təyinatlı dəstə iştirak edəcək.