Çinin “Sohu” nəşri Rusiyanın ABŞ-ı on dəfə məhv edə biləcəyi ilə bağlı xəbər yayıb.
Qeyd olunur ki, “soyuq müharibə”nin bitməsi dünyada əsas gücün ABŞ-a aid olduğu anlamına gəlmir.
Rusiya ABŞ-ı on dəfə məhv edə biləcək qüvvəyə malikdir: “Nüvə ehtiyatlarının olması Rusiyanı rəsmi Vaşinqtonun əsas rəqibinə çevirib. Suriya və Ukraynada baş verən hadisələrlə bağlı ABŞ Rusiyaya zərbə vura bilər, amma alacağı cavabdan ehtiyat edir”.
Oxu.az xatırladır ki, noyabrın 3-də ABŞ analitikləri ABŞ-ın Rusiya ilə müharibədə qalib olma şansını dəyərləndiriblər.