SON DƏQİQƏ

Nigeriyada neft kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb

Tarix:8-07-2019, 21:12

Nigeriyanın Laqos ştatındakı İcequn yaşayış məntəqəsindən keçən neft kəmərində iyunun 4-də baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı 12-yə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, xəsarət alan 12 nəfərin müalicəsi isə davam edir.

Ölkənin Səhiyyə Nazirliyinin rəsmisi Titilayo Qonkalves "Facebook" səhifəsində xəstəxanalara çatdırılan 22 nəfərdən 10-nun sonradan ağır yanıq xəsarətləri səbəbindən öldüyünü yazıb.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN