Gürcüstanın parlament sədrinə üç yeni müavini təyin olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar qanunverici orqanın büro iclasında qəbul olunub.
Qərara əsasən, hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğunun lideri Mamuka Mdinaradze, Giorgi Kaxiani və Kaxa Kuçava vitse-spiker təyin ediliblər.
Digər qərara əsaəsn, David Sonqulaşvili Avrointeqrasiya, İrakli Beraya Xarici əlaqələr, Nino Tsilosani Ətraf mühit və təbii resurslar, Genadi Marqvelaşvili Təhsil, elm və mədəniyyət, Quram Macraşvili isə Prosedur məsələlər üzrə komitəyə rəhbərlik edəcəklər.
Qeyd edək ki, keçmiş iki vitse-spiker Tamar Çuqoşvili, Zviad Dzidziquri və üç komitə sədri Tamar Xulordava, Sofio Katsarava və Mariam Caşi vəzifələrindən bu yaxınlarda istefa veriblər. Buna səbəb qanunverici orqanda proporsional seçki sisteminə keçidlə bağl qanunun qəbul edilməməsi olub.