SON DƏQİQƏ

Tramp Putunlə görüşdü

Tarix:28-06-2019, 11:18

Bu gün Yaponiyada G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında görüş keçirilib. Ağ evin “Twitter” hesabında yer alan xəbərə görə, görüş saat yarım davam edib.

Prezidentlər bəyan ediblər ki, tərəflər, o cümlədən bütün dünya ölkələri əlaqələrin yaxşılaşmasında maraqlıdır. “Onlar, həmçinin İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə ediblər”, – məlumatda bildirilir.

Life.ru xəbər verir ki, iki lider sammitin başlanğıcında xatirə fotoları çəkdirib. Sonra iki ölkənin liderlərinin görüşü başlayıb. Görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ABŞ-ın Dövlət katibi Mayk Pompeo, ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və digər şəxslər iştirak edirlər.

Görüş zamanı sabitlik və regional münaqişələr üzrə məsələlər müzakirə olunacaq.(oxu.az)скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN