SON DƏQİQƏ

Ərdoğan İsveçrəyə getdi

Tarix:16-12-2019, 17:43

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İsveçrəyə səfərə gedib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Daxili İşlər naziri Süleyman Soylu, Milli Müdafiə naziri Hulusi Akar, Sənaye və Texnologiya naziri Mustafa Varank, Ailə, Əmək və Sosial Xidmətlər naziri Zehra Zümrüt Selçuk müşayiət edirlər.

Prezident Ərdoğan BMT-nin təşkilatçılığı ilə bu gün Cenevrədə işə başlayacaq Qaçqınlar üzrə ilk Qlobal Forumda iştirak edəcək. Forumun təşəbbüskarlarından biri Türkiyədir.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN