SON DƏQİQƏ

Almaniyalı deputat: "ABŞ prezidenti Avropanı iqtisadi cəhətdən tabe etməyə cəhd göstərir”

Tarix:27-12-2019, 20:30

“ABŞ prezidenti Donald Tramp Avropanı iqtisadi cəhətdən tabe etməyə cəhd göstərir. Dostlar bir-biri ilə belə davranmır”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri Almaniya Sosial-Demokrat Partiyasının həmsədri, parlamentin üzvü Norbert Valter-Boryans bildirib.

Onun sözlərinə görə, ABŞ təbii qaz kəməri ilə bağlı qərarın qəbul edilməsində iştirak etməməlidir.

Qeyd edək ki, ABŞ Rusiyadan çəkilən “Şimal axını-2” təbii qaz layihəsinə görə Almaniyaya sanksiya tətbiq edib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN