SON DƏQİQƏ

Ərdoğan: Mursi öz əcəli ilə deyil, öldürüldü

Tarix:19-06-2019, 17:54

"Məhəmməd Mursi öldürüldü və Misirin mühakimə olunması üçün lazım olan nə varsa edəcəyik". Bu sözləri İstanbulda Sancaktepe Bələdiyyə binası qarşısında keçirilən kütləvi açılış mərasimində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

"Mursi məhkəmə salonunda 20 dəqiqə yerdə çırpınıb. Məsul şəxslər Mursiyə müdaxilə etməyiblər. Mursi əcəli ilə deyil, öldürüldü. Qorxaqlar qələbə abidəsi ucalda bilməzlər. Türkiyə olaraq bununla bağlı prosesi təqib edəcəyik. Beynəlxalq Məhkəmələrdə Misirin mühakimə olunması üçün lazım olan nə varsa edəcəyik. İslam Əməkdaşlıq Təşkilatının da lazım olanı etməsi şərtdir",-deyə Türkiyə prezidenti əlavə edib.

Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN