SON DƏQİQƏ

BMT Bin Salmanı rəsmən jurnalistin qatili kimi tanıdı

Tarix:19-06-2019, 15:45

BMT Məruzəçisi Aqnes Kallamard açıqladığı "Qaşıqçı hesabatı"nda "Qaşıqçının öldürülməsi Səudiyyə Ərəbistanı dövlətinin məsul olduğu mühakiməsiz bir icradır", - deyə bildirilib.

Hesabatda bildirilir ki, Səudiyyə Ərəbistanı diplomatik imtiyazlardan sui-istifadə etməsi üzündən Türkiyə hökumətindən üzr istəməlidir: "Qaşıqçı qətlinin araşdırılması üçün ABŞ Federal Təhlükəsizlik Bürosu araşdırmalara başlamalıdır. Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsinin də aralarında olduğu yüksək səviyyəli rəsmilərin araşdırılması üçün etibarlı dəlillər var".

Hesabatda bildirilir ki, Qaşıqçının öldürülməsinə dair vəliəhd Şahzadə və onun xaricdəki əmlakına sanksiyalar tətbiq edilməlidir.

Hesabatda həmçinin, "Qaşıqçının öldürülməsi Səudiyyə Ərəbistanın məsul olduğu mühakiməsiz edam təşkil edir. Qaşıqçını qaçırma təşəbbüsü də beynəlxalq insan haqları hüququ əsasında bir pozuntudur.

Qaşıqçı beynəlxalq hüquqa görə, Səudiyyə Ərəbistanın məsul olduğu, qəsdən və planlaşdırılaraq reallaşan mühakiməsiz edamın qurbanı oldu", - deyə yazılır.

Səudiyyə Ərəbistan bir jurnalisti öldürərək BMT-nin əsas prinsiplərindən biri olan söz azadlığının qorunması prinsipinə zidd iş həyata keçirdi.

Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN