Qazaxıstanda beş günlük mitinqlər zamanı 4 minə yaxın insan saxlanılıb. "Tengri News" bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Yerlan Turqumbayev jurnalistlərə məlumat verib.
Qazaxıstanda mitinqlər 9-13 iyun tarixlərində keçirilib. Onun sözlərinə görə, 3 min nümayişçi saxlanıldıqdan sonra sərbəst buraxılıb. Digər 677 nəfər inzibati həbs, 305 nəfər isə inzibati pul cəzasına məhkum edilib.
Turqumbaev qeyd edib ki, polisə iğtişaşların qarşısını almaq üçün xüsusi vasitələrdən (dəyənək və göz yaçardıcı qaz) istifadə etməmək əmri verilib.
Sonxeberler.info