SON DƏQİQƏ

Səudiyyə rejimi ölkədən qaçan qadınları bu yolla yaxalayır

Tarix:14-06-2019, 17:08

Mobil telefon istehsalçılarının hər bir telefona verdiyi və pasport nömrəsi xarakteri daşıyan, eyni zamanda cihazla bağlı bir çox məlumatın əldə edilməsini təmin edən IMEI kod Səudiyyə Ərəbistanı rejimi tərəfindən ölkədən qaçan qadınların təqib olunmasına istifadə olunur. Bu barədə "Sputnik" agentliyi yazıb.

Məlumata görə, vəhabi rejimin zülmündən qaçmağı bacaran qadınlardan bir çoxu məhz bu üsulla ya olduqları ölkədə təqib edilir, ya da Səudiyyəyə deportasiya olunur.

Qadınların bəziləri sosial şəbəkədə yazıblar ki, Səudiyyənin təhlükəsizlik qüvvələri onların evlərinə gedərək ailə üzvlərindən işlətdikləri mobil telefonların IMEI kodunu tələb edib.

Səudiyyəli rəsmilər qaçan qadınların ailələrinə, "Qızlarınızın evə qayıtmasını istəyirsinizsə, mobil telefon alarkən qutusunda yazılan IMEI nömrəsini bizə təqdim edin",-deyə bildiriblər.

Qeyd edək ki, bu texnologiya sayəsində Səudiyyə agentləri hər il ölkədən qaçan təxminən 1000 qadını rahat şəkildə təqib edə bilir.

Gürcüstana qaçmış səudiyyəli qadınlardan biri IMEI kod vasitəsilə Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən izləndiyini başa düşüb. Qadının vəkili ona deyib ki, Səudiyyə hökumətinin tələbi əsasında Gürcüstan polisi səni təqib edir, bunun üçün mobil telefonunun IMEI kodundan sitifadə edirlər. Ər-Riyadın ekstradisiya tələbinin qəbul edilməsi nəticəsində isə səudiyyəli qadın agentlər tərəfindən zorla ölkəsinə aparılıb.
Səudiyyə rejimi ölkədən qaçan qadınları bu yolla yaxalayır








Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN