SON DƏQİQƏ

Ayətullah Xamenei: Trampa heç bir cavabım yoxdur, olmayacaq da

Tarix:13-06-2019, 14:43

İran İslam Respublikasında səfərdə olan Yaponiyanın baş naziri Şinzo Abe Ali lider Ayətullah Xamenei ilə görüşüb.
İran mediasının məlumatına görə, görüşün zamanı Ş.Abe ABŞ prezidenti Donald Trampın mesajını çatdırmaq istəyini açıqlayıb. Amma Ali lider, “sizin xoşməramlı və ciddi niyyətinizə heç bir şübhəmiz yoxdur. Amma Trampı mesaj mübadiləsi etməyə layiq bilmirəm və ona heç bir cavabım yoxdur, olmayacaq da”, - deyə bildirib:

"ABŞ-a etimad etmirik və bu ölkə ilə Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öncəki müzakirələrin acı təcrübəsi heç vaxt təkrar olmayacaq. Çünki heç bir azad və ağıllı xalq təzyiqlər altında müzakirəni qəbul etməz."

Ayətullah Xamenei Yaponiya baş nazirinin, “Tramp mənə deyib ki, ABŞ İranda rejimi dəyişmək niyyətində deyil”, - sözlərinə cavab olaraq, "İranın ABŞ-la problemi rejimin dəyişməsi məsələsi deyil. Onların belə bir niyyəti olsa belə, icra etməkdə acizdirlər. Necə ki, ABŞ-ın öncəki prezidentləri ötən 40 il ərzində İran İslam Respublikasını məhv etmək üçün çalışdılar lakin bacarmadılar. Trampın "rejimi dəyişməmək" haqqında dedikləri bir yalandır. Əgər bu işi etmək iqtidarında olsaydı, görərdi, lakin edə bilmir. İran İslam Respublikası ABŞ və Avropa ölkələri ilə nüvə mövzusunu müzakirə apardı və nəticə də əldə etdi. Lakin ABŞ bu razılığı pozdu, öhdəliyini yerinə yetirmədi. Hansı ağıllı şəxs bütün sazişləri pozub və verdiyi sözləri yerinə yetirməyən bir ölkə ilə yenidən müzakirə aparar”, söyləyib.

Ayətullah Xamenei Yaponiya baş nazirinin, “ABŞ İranla sədaqətli müzakirə aparmağa hazırdır” sözünə münasibət bildirərkən deyib ki, bu sözə inanmır: “Sədaqətli müzakirə Tramp kimi bir şəxs tərəfindən aparıla bilməz. ABŞ rəsmiləri arasında sədaqət çox da tapılmır. ABŞ prezidenti bir neçə gün öncə sizinlə görüşdü və İran haqqında danışdı. Lakin Yaponiyadan qayıtdıqdan sonra dərhal İranın neft-kimya sənayesinə qarşı sanksiya tətbiq etdi. Sizcə budurmu sədaqətin mesajı? Bu göstərir ki, onun sədaqətli müzakirə aparmaq niyyəti var? ABŞ-la son bir neçə ilin acı müzakirə təcrübəsi yenidən təkrarlamayacayıq."

Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN