Sudanda növbəti hərbi çevriliş cəhdi qeydə alınıb. Bu barədə "əl-Ərəbiyə" telekanalı məlumat yayıb.
Məlumata görə, Hərbi Keçid Şurasına qarşı çevriliş cəhdi uğursuz olub və 68 zabit saxlanılıb.
Qeyd edək ki, Sudanda ilk dövlət çevrilişi dörd aylıq xalq etirazları fonunda verib. Aprelin 11-də prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılıb, ardından həbsxanaya salınıb. Hakimiyyət ordu tərəfindən yaradılan Keçid Şurasının əlinə keçib.
Hazırda yerli müxalifət Səudiyyənin dəstəklədiyi Hərbi Keçid Şurasını da devirmək üçün cəhdlər göstərir.