“ABŞ prezidenti Donald Tramp nüvə anlaşmasına təzədən baxmaq üçün İran hakimiyyəti ilə danışıqlara hazırdır”.
Musavat.com xəbər verir ki, bu barədə TASS Ağ Ev başçısının böyük məsləhətçisi Kelienn Konueyə istinadən məlumat yayıb.
“Tramp bu məsələnin müzakirəsi üçün açıqdır. Çox şey İranın özünü normal ölkə kimi aparmaq istəyindən asılıdır”, - deyə o qeyd edib.
Tehranla “altılıq” arasında nüvə anlaşması 2015-ci ildə imzalanıb. Ancaq 2018-ci ildə Trampın qərarı ilə Birləşmiş Ştatlar anlaşmadan çıxıb və İrana qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Buna cavab olaraq, Tehran yenidən nüvə tədqiqatlarına bərpa edəcəyi ilə hədələyib.
Dünən isə İran bəyan edib ki, nüvə silahı ilə bağlı götürdüyü heç bir öhdəliyə əməl etməyəcək.
Sonxeberler.info