SON DƏQİQƏ

Putin Makronla Fələstinə gedir

Tarix:16-01-2020, 15:51

Gələn həftə Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makronun Fələstinə işgüzar səfəri gözlənilir.

TASS bildirir ki, bu barədə Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki məlumat verib.

"Biz hər iki prezidenti - Putin və Makronu 22- 23 yanvar tarixlərində qəbul edəcəyik. Bu, çox vacibdir"- deyən nazir Fələstin lideri Mahmud Abbasın rusiyalı həmkarı ilə Yaxın Şərq problemlərini müzakirə etməyi planlaşdırdığını söyləyib.

"İkitərəfli məsələlər, Fələstin-İsrail nizamlanmasına dair ətraflı müzakirələr olacaq. Eyni zamanda Suriya və Liviyadakı vəziyyətə də toxunulacaq”, - deyə əl-Maliki vurğulayıb.

Onun sözlərinə görə, Prezident Putin Viflemdə olacaq və orada Rusiyanın töhfəsi ilə yenilənmiş küçənin açılışında iştirak edəcək.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN