SON DƏQİQƏ

Rusiya koronavirusdan xilas oldu

Tarix:12-02-2020, 16:57

Yanvarın 26-dan Rusiyanın Çita bölgəsində koronavirusdan müalicə alan Çin vətəndaşı xəstəxanadan evə buraxılıb.

"Standartlara və qaydalara uyğun olaraq, bütün lazımi diaqnostik və müalicə tədbirləri görüldü. Bu gün xəstə evə buraxıldı", - xəstəxananın baş həkimi Sergey Yurçuk bildirib.

Oxu.az xəbər verir ki, evə buraxılan kişinin həyat yoldaşı və qızı xəstə ilə təmasda olduqları üçün fevralın 14-nə qədər tibb müəssisəsində saxlanılacaqlar.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxmuş digər bir xəstə - çinli tələbə də Tümen vilayətindəki xəstəxanada müalicəsini başa vuraraq evə buraxılmışdı. Bununla da Rusiyada yeni tip koronavirusa yoluxmuş hər iki xəstə sağlamlığına qovuşub.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN