SON DƏQİQƏ

“Volkswagen” Avropada zavodlarını bağlayır

Tarix:17-03-2020, 17:16

"Volkswagen Group" avtomobil konserni koronavirus pandemiyası ilə əlaqədar Avropada bir çox zavodun fəaliyyətini dayandırır.

Trend xəbər verir ki, bu qərar virusun bazardakı tələbə mənfi təsir göstərməsi ilə əlaqədar verilib.

Bu həftənin sonunadək İspaniyadakı zavodların, Portuqaliyanın Setubal, Slovakiyanın paytaxtı Bratislava şəhərlərində, eləcə də İtaliyada "Lamborghini" və "Ducati" zavodlarının bağlanması planlaşdırılır.

Almaniyada və digər Avropa ölkələrindəki zavodlar isə iki-üç həftə ərzində fəaliyyətini dayandırmaq üçün hazırlıqlar aparacaq.

Bundan başqa, Fransanın "PSA Group" və "Renault" konsernləri də bir sıra zavodlarda istehsalatı dayandırdığını açıqlayıb.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN