Çin bu gün üçün yeni növ koronavirus əleyhinə 8 peyvənd üzərində işi artıq başa çatdırıb. Onlardan bəzilərinin heyvanlar üzərində təsirləri də sınaqdan keçirilib.
Sonxeberler.info Day.Az-a istinadən bildirir ki, bunu Çin Tibb Elmləri Akademiyası yanında institutun əməkdaşı Tsin Çuan deyib.
Onun sözlərinə görə, hazırda peyvəndlərin təsirləri ilə bağlı siçan və meymunlar üzərində sınaqların keçirilməsi son mərhələdədir.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 160-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 180 mini, ölənlərin sayı isə 7 mini keçib.