Dünyanın müxtəlif regionlarda yeni tipli koronavirusun 10 mindən çox nümunəsinin strukturu təhlil edilərək məlum olub ki, hazırda dünyada bu virusun 6 müxtəlif növü yayılmaqdadır.
Sonxeberler.info AZƏRTAC-a istinadən bildirir ki, alimlər öz nəticələrinin bioRxiv elektron elmi kitabxanada dərc ediblər.
ABŞ-ın Pensilvaniya Universitetinin dosenti Pol Plenetin rəhbərlik etdiyi epidemioloqlar qrupu yeni tipli koronavirusun 10 mindən çox genomunu müqayisə ediblər. Bu genom nümunələri son 6 ayda dünyanın müxtəlif ölkələrində xəstələnmiş insanların bədənindən götürülüb.
Alimlər çox böyük həcmdə informasiyanı təhlil etmək üçün xüsusi alqoritmdən istifadə ediblər. Bu alqoritm bütün genetik məlumatlar bazasını oxuyur, funksional baxımdan tamamilə üst-üstə düşən və ya identik olan genom hissələrini və fraqmentləri bazadan silir.
Alimlər yazırlar: "Bizim yaratdığımız alqoritm sürətlə yayılan epidemiyaların törədiciləri olan genomları sürətlə qruplaşdırmağa imkan verir. Biz bu metodikadan istifadə etməklə 10,4 min "SARS-CoV-2" ştammı öyrənərək aydınlaşdırdıq ki, bu virusun 6 klonal qrupu var".
Bu araşdırma sayəsində təhlil edilən məlumatın həcmini azaltmağa nail olmuş tədqiqatçılar zülalların və ya siqnal molekullarının strukturunu dəyişən, habelə onların daşıyıcısı olan insanların həyat fəaliyyətinə təsir göstərən bakterial tipli DNT və ya virus tipli RNT variasiyalarını seçiblər. Bu metodikanın köməyi ilə alimlər bakteriya və virus ştammlarının oxşar qruplarından ibarət 6 klonal qrup seçiblər.