SON DƏQİQƏ

Fransa payızda koronavirus vaksininin sınaqlarına başlayacaq

Tarix:23-06-2020, 21:59

Fransanın "Sanofi" əczaçılıq şirkəti koronavirus vaksininin kliniki sınaqlarına bu ilin sentyabrında başlamağı planlaşdırır.

Sonxeberler.info Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Bu vaksin Böyük Britaniyanın GSK şirkəti ilə birgə DNT-nin rekombinasiyası texnologiyası əsasında hazırlanıb. Şirkət bildirir ki, sınaqların uğurla başa çatacağı təqdirdə ildə 1 milyard doza istehsal oluna bilər. Həmin vaksinin 2021-ci ilin ilk yarısında satışa çıxarılması nəzərdə tutulur.

"Sanofi", həmçinin "Translate Bio" şirkəti ilə birgə daha bir vaksinin üzərində işləyir. RNT fraqmentinin köçürülməsi üsulu ilə hazırlanan bu vaksinin ilin sonunadək sınaqlardan keçirilməsi planlaşdırılır.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN