SON DƏQİQƏ

Rusiyada koronavirusa qarşı hazırlanan peyvənd azı iki il təsir göstərəcək

Tarix:22-06-2020, 22:13

Rusiya Müdafiə Nazirliyi ilə birgə koronavirus infeksiyasına qarşı hazırlanmış peyvənd iki ildən artıq müddətdə təsir göstərəcək.

Sonxeberler.info milli.az-a istinadən bildirir ki, bunu jurnalistlərə N.F.Qamalei adına Rusiya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginzburq deyib. Onun sözlərinə görə, preparat virusda zülalı kodlaşdıran genləri çatdıran adenavirus konteynerlərindən istifadə edir. Bu peyvənd insanı azı iki il müddətinə koronavirusa yoluxmadan qoruyacaq.

A.Ginzburq vurğulayıb ki, Rusiya əhalisini peyvənd etmək üçün 7 milyon doza peyvənd buraxılmalıdır və ölkədə preparatın kütləvi istehsalına hazırlıq işləri görülür.

Peyvəndin kliniki sınaqları iyulun 8-də başa çatmalıdır.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN