SON DƏQİQƏ

Maduro Venesuelanın hər zaman ABŞ-la dialoqa hazır olduğunu bildirib

Tarix:24-08-2020, 10:49

Venesuela hökuməti ABŞ rəhbərliyi ilə hər zaman dialoqa başlamağa hazırdır.

Sonxeberler.info APA-ya istinadən xəbər verir ki, bu fikri bazar günü Venesuela Prezidenti Nikolas Maduro dövlət televiziyasına müsahibəsi zamanı deyib.

Maduro bildirib ki, ABŞ-da prezident seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq, Ağ Evə rəhbərlik edəcək hər kəslə dialoqa hazırdır: "Gözləyək və Amerika xalqının nə qərar verəcəyini görək".

Prezident əlavə edib ki, rəsmi Karakas və Vaşinqton arasındakı münasibətlərə yenidən baxılmalıdır.

Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN