SON DƏQİQƏ

Cənubi Koreyada pik yoluxma

Tarix:27-08-2020, 15:10

Cənubi Koreyada mart ayının 7-dən bəri yeni növ koronavirusa (COVID-19) gündəlik ən yüksək yoluxma qeydə alınıb.

Sonxeberler.info APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Naziliyi bildirib.

Son sutka ərzində ölkədə koronavirusa 441 yeni yoluxma baş verib.

Nazirlikdən bildirilib ki, aktiv yoluxma halı daha çox paytaxt Seuldakı Saranq-ceyl kilsəsi ətrafında qeydə alınıb.

Qeyd edək ki, pandemiyanın başladığı ilk vaxtlarda Cənubi Koreya virusun yayılmasını effektiv şəkildə nəzarətdə saxladığı üçün beynəlxalq təqdir qazanmışdı.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN