SON DƏQİQƏ

Norveç daha iki ölkədən gələnlər üçün məcburi on günlük karantin tətbiq edir

Tarix:27-08-2020, 09:45

Norveç koronavirusun yayılması ilə əlaqəli pisləşən epidemioloji vəziyyətə görə ərazisinə iki Avropa ölkəsindən gələn şəxslər üçün on günlük karantin tətbiq edir.

Sonxeberler.info Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Məlumatda Almaniya, Lixtenşteyn və İsveçin Kalmar və Vasterbotten bölgələrindən bəhs edilir. "Avqustun 29-dan etibarən bu ölkələrdən və bölgələrdən Norveçə gələn hər kəs 10 gün müddətində karantində olmalıdı", - ölkənin XİN-i bildirilir. Eyni zamanda Norveç Xarici İşlər Nazirliyi vətəndaşlara təcili ehtiyac olmadan bu ölkələrə və bölgələrə səyahət etməkdən çəkinməyi tövsiyə edir.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN