Qırğızıstanda 5,3 maqnitudalı zəlzələ baş verib.
Sonxeberler.info qafqazinfo-ya istinadən xəbər verir ki, yeraltı təkanların ocağı 30 km dərinlikdə yerləşib.
Milli Elmlər Akademiyası Seysmologiya İnstitutunun direktoru Kanatbek Abdraxmatov Qırğızıstanın cənubundakı zəlzələnin gücünün episentrdə 6,5 bal olduğunu bildirib.
Onun sözlərinə görə, episentr Kadamcaydan (Batken rayonu) 12 km məsafədə yerləşib.
Sonxeberler.info