Avropa Komissiyası "Pfizer-BioNTech" şirkəti koronavirus vaksininin satın alınması ilə bağlı sazişini yeniləyib.
Sonxeberler.info Trend-ə istinadən bildirir ki, sazişə əsasən, Avropa İttifaqı şirkətin istehsalı olan daha 300 milyon vaksin satın alacaq.
Bununla da, Aİ ümumilikdə 600 milyon "Pfizer-BioNTech" vaksini əldə edəcək.
Eyni zamanda Avropa Komissiyası Aİ ölkələrinə ikitərəfli şəkildə vaksin almağı qadağan edib. Qərara əsasən, vaksinlərlə əlaqədar bütün sazişlər yalnız Brüssel vasitəsilə həyata keçirilməlidir.
Sonxeberler.info