Məqalə «The Washington Post» qəzetinin 5 mart 2010-cu il nömrəsində çıxıb. Məqalənin müəllifi Endyu Xiqqinsdir. (İxtisarla)
«Hətta israfçı şəhərin ölçülərinə görə də alışın həcmi əzəmətli olub: ötən il Azərbaycandan olan 11 yaşlı oğlan dəniz sahilində 9 mülkün sahibinə çevrilib.
1 AZƏRBAYCANLININ 10 MİN İLLİK ƏMƏK HAQQI
Mülkün ümumi dəyəri təxminən 44 milyon dollardır – bu, orta Azərbaycan vətəndaşının 10 min illik əmək haqqı deməkdir. Ancaq belə görünür ki, Dubayın ən bahalı mülklərinin bir hissəsinin sahibi olan bu oğlan orta səviyyəli Azərbaycan vətəndaşı deyil.
Dubay Torpaq Departamentinin məlumatına görə, bu...Heydər Əliyevdir, Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin eyni adlı oğlu kimi. Mülkiyyətçinin doğum günü də prezidentin oğlu ilə eyni günə təsadüf edir.
Bakıdakı rəsmilər prezidentin oğlunun və yaxud eyni adlı və doğum günlü Azərbaycan məktəblisinin Palm Jumeirahda - multimilyonçu Britaniya futbolçularının və digər pullu adamları ilə tanınan bir yerdə bahalı mülklərin sahibinə necə çevrildiyi barədə şərh verməkdən imtina ediblər.
İLHAM ƏLİYEVİN MAAŞINA DUBAYDA MÜLK YOXDUR
Palm Jumeirah adasında sahil boyunca Əliyevlərin 9 mülkü
Palm Jumeirah adasında Əliyevlərin sahil boyunca 9 mülkü var
İlham Əliyevin prezident kimi illik maaşı 228 min dollardır. Bu məbləğ Dubayda hətta ən kiçik mülk almağa belə çatmır.
Prezidentin sözçüsü Azər Qasımov Dubayda alınan mülkü müzakirə etməkdən imtina edib.
«Mən heç nəyi şərh edə bilmərəm. Mən bu söhbəti dayandırıram. Sağ olun» – Dubayın Torpaq Departamentinin məlumatlarında qeyd olunan mülkiyyətçinin adını eşidən zaman Qasımovun cavabı belə olub.
Qasımov sonradan faks, elektron poçt və SMS-lərə də şərh verməyib.
Dubayda əldə edilən mülk barədə əvvəllər məlumat yayılmayıb. Bu hadisə Azərbaycanın var-dövlətini xaricdə gizlədən hakim elitasının nə qədər, hansı yollarla pul yığdığını göstərən nadir misallardan biri ola bilər.
Dubayın Torpaq Departamentinin məlumatlarında Heydər Əliyevin 9 mülkü ilə yanaşı, Leyla və Arzu Əliyevaların da adları da hallanır. Prezident Əliyevin eyni adlı və təxminən eyni yaşda olan iki qızı var. Onların dəqiq doğum tarixini müəyyənləşdirmək mümkün olmayıb. Ancaq müxtəlif məlumatlara görə, Leyla Əliyevanın doğum günü Torpaq Departamentində qeyd olunan azərbaycanlı qızın doğum günü ilə eynidir.
3 ƏLİYEVİN 75 MİLYONLUQ MÜLKÜ
12 yaşlı Heydər Əliyevin Dubaydakı mülkü
Ümumilikdə, prezidentin üç uşağının adı ilə eyni olan azərbaycanlıların Dubayda təxminən 75 milyon dollar dəyərində mülkü var. Dubayın daşınmaz əmlak dilerləri bildirib ki, mülklərin alınması ilə bağlı bəzi əməliyyatlar Azərbaycanın hakim ailəsini təmsil edən şəxs tərəfindən aparılıb. Onlar ödənişin avansla ödənildiyini deyir.
Gəlir gətirməyəcəyini bilərək xaricdə əmlak almaq bir sıra neft istehsal edən dövlətlərə xasdır. Korrupsioner elitalar ölkədə siyasi dəyişiklik olarsa, bu yolla var-dövlətlərini sığortalayırlar.
İLLİK MAAŞDAN 330 DƏFƏ BAHALI MÜLK
Dubayda Əliyevlərin mülkləriylə bağlı alış veriş işləri 2008-ci ildə başlayır.
Prezident Əliyevin övladları ilə eyni adı daşıyan 3 şəxsin adına Dubayda qeydiyyata alınmış əmlak onun illik maaşından 330 dəfə çoxdur.
Ailənin bəzi üzvlərinin, hər halda, pulu var. Prezidentin Rusiyanın zəngin iş adamı Emin Ağalarovla ailə qurmuş böyük qızı Leyla, ölkənin birinci xanımı Mehriban Əliyevanın qohumlarının Azərbaycanda gəlirli biznes maraqları var.
«BİZ BU HAQDA ŞƏRH VERMƏK İSTƏMİRİK»
Bu mülkün dəyəri orta azərbaycanlının 10 min illik əmək haqqına təndir
Emin Ağalarov Dubaydakı mülklə bağlı öz həyat yoldaşına və ya digər Əliyevlərə kömək etməsinə dair suala cavab verməkdən imtina etdi. O dedi ki, «öz xanımı ilə birgə biznesi və mülkiyyəti var».
Ancaq elektron poçtla yazdığı məktubda «Biz bu haqda şərh vermək istəmirik» yazıb həmin mülkiyyət barədə detallı məlumat vermədi».
Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyinin təqdimatı ilə London Westminster Məhkəməsi Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri, Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyadakı bank hesablarına qoyulmuş 15,3 milyon funt-sterlinqin 5,6 milyon funt-sterlinqini müsadirə etməyə qərar verib. Azərbaycan manatı ilə 13 milyon manata yaxın puldur. Bəli 13 milyon manat!Dünən bu məlumat yayılması Britaniya mətbuatında bomba kimi partladı. Bir birinin ardınca “Bloomberg”, “Occrp.org”, “Evening Standard” kimi çox nüfuzlu mətbuat orqanları Azərbaycan Milli Məclisinin üzvü, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyevin ailə üzvlərindən çirkli pulların marşrutu üzrə əldə edilmiş 5,6 milyon funt-sterlinqin müasirə edilməsi haqında sensasion məlumatlar verdi. Dünən axşamüstü 18:36-da “The Guardian” kimi media nəhəngi də qoşuldu bu işə və Britanian ən böyük qəzeti “Azərbaycan camaşırxanası” – məhkəmə ailəyə Böyük Britaniyaya gətirilmiş 5,6 mln. funt-sterlinqin təhvil verilməsini tapşırıb” adlı yazı dərc etdi. Qeyd edilən bütün yazılarda “Azərbaycan camaşırxanası”, “Azərbaycan korrupsiyası”, Azərbaycan Milli Məclisinin milyoner deputatı”, “Azərbaycanın çirkli pul yuma marşrutu” kimi seçmə ifadələr keçir.Yəni Cavanşır Feyziyevin müsadirə olunan mənbəyi şübhəli olan ölkədən çıxardığı vəsaitlər korrupsiyaya qarşı ümumdünya mübarizəsinin başladığı bir məqamda Azərbaycan hakimiyyətinin korrupsiya rejimi olması məsələsini yenidən dünya mətbuatının birinci xəbərinə çevirdi. Və həm də oldu ki, Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri, Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri və ailə üzvləri həm də Azərbaycan, Estoniya, Latviyadan keçən çirkli pulların yuyulması marşrutu üzrə Böyük Britaniyaya mənşəyi məlum olmayan böyük həcmdə vəsaitlər gətirib. “The Guardian” dünənki məqaləsində yazır ki, sistemli korrupsiya idarəçiliyinin oturuşduğu və seçkilərin saxtakarlığının adi hala çevrildiyi 2012-2014-cü illər dövründə Azərbaycan rəhbərliyi 16 min gizli tranferlə HƏR GÜN ölkədən 3 milyon pul oğurlayıb. Hər həftə yox, hər ay yox, hər il yox, hər gün. Bəli hər gün! İndi bütün bunlara aydınlıq gətirmək, Azərbaycan xalqından bu oğurlanmış vəsaitlərə görə üzr istəmək, ölkəni beynəlxalq aləmdə rüsvay etmiş deputatı istefaya göndərib məsuliyyətə cəlb əvəzinə dünən axşam 20:01-də “Azərtac” özünün London müxbiri Aynurə Tağıyevanın hadisə yerindən verdiyi “London məhkəməsi ədaləti bərpa etdi” məlumatı dərc etdi. Yox Sizə elə gəlməsin “Azərtac” kimi dövlət informasiya vasitəsi Cavanşir Feyziyevivin ailə üzvlərinə məxsus 5,6 mln. funt-sterlinqin müsadirə olunmasını, oğurluq pulun tutulmasını “ədalətli” hesab edirdi. Məlumatda söhbət Cavanşir Feyziyevin və ailə üzvlərinin çirkli korrupsiya marşrutu kimi ifşa olunmuş “Azərbaycan camaşırxanası” vasitəsi ilə ölkədən çıxardəğı oğurluq pullara bəraət qazandırmaqdan gedirdi. Məhkəmənin qərarı, müstəntiqlərin çıxışları, hakimin hökmünü “Azərtac” Azərbaycan xalqına gül buketi kimi təqdim edirdi və Dövlət Agentliyinin məlumatından belə çıxırdı ki, sən demə hakim Con Zani Cavanşir Feyziyevdən üzr istəyib və deyib ki, arayış gətirərsən 5,6 milyon funtu da sənə qaytararaq, yəni söhbət sanki müsadirədən yox həmin vəsaitin həbsdə saxlanmasından gedirmiş. Maraqlıdır ki, “Azərtaj” London müxbirinin məlumatını ancaq Azərbaycan dilində yaymışdı və iş qəlizləşdiyi üçün onu da bu gün silib. Bu gün isə Cavanşir Feyziyev London məhkəməsinin qərarı ilə bağlı “modern.az” saytına müsahibə verirb, “Qafqazinfo” və digər saytlar da həmin müsahibəni yayıb. Adam törətdiyi əmələ görə üzr istəmək əvəzinə, 5,6 milyon funtla bağlı məhkəməyə təqdim etdiyi sənədlərin niyə məhkəmə tərəfindən saxta elan olunduğuna, həmin sənədlərin məhz bank hesablarının sahiblərinin (yəni Feyziyevin ailə üzvlərinin) bunu çirkli pulların yuyulmasıyla bağlı fəaliyyətlərini gizlətmək məqsədi ilə etdiklərinə bir aydınlıq gətirmir. Əlavə olaraq Cavanşir Feyziyev bildirir ki, məhkəmə araşdırması əsasən mənim ailə üzvlərim tərəfindən Böyük Britaniyada sərmayə kimi yatırılmış 10 milyon funt sterlinqin qanuniliyinin yoxlamağa yönəlmişdi. Belə idisə sənin ailə üzvlərinə məxsus niyə 5,6 milyon funt, 13 milyon manat vəsait niyə müsadirə edilib. İkincisi sən adi iş adamı deyilsən, Milli Məclisin deputatısan, seçildiyin dairədə və təmsil etdiyin ölkədə adamlar iş, çörək, dolanışıq tapmır, amma sən bu ölkəndən “qazandığın” 10 milyon funt sterlinqi buna ehtiyacı olan ölkənə yox, ehtiyacı olmayan Böyük Britaniya iqtisadiyyatına qoyursan? Ola bilər ki, qanun bunu qadağan etməsin, bəs mənəvi məsuliyyət, bəs vicdan, bəs Nizami Gəncəvidən yazdığın Şərq mədəniyyəti harada qaldı? Bunu hər zaman üzünüzə pərdə kimi çəkdiyiniz erməni lobbisi etmir cənab Feyziyev, Sizin kimi ölkənin vəsaitlərini əyri yollarla xaricə daşıyıb, arayışları saxtalaşdıran, ölkə əhalisinin hər funtuna ehtiyacı olan Azərbaycandan korrupsiya marşrutu ilə çıxarılmış 5,6 milyon funtu müasadirə olunmuş deputat edir, vəzifəli şəxs edir, Avroppa İttifaqında ölkəni təmsil edən məsul bir şəxs edir. Adam əməlindən utanmaq əvəzinə, müsadirə olunmuş milyonlarının hesabatını vermək əvəzinə professor Gubad İbadoğlu ilə məni “Xarici ölkə kəşfiyyatının nökərləri” adlanırır, guya bizim məhkəmə prosesi zamanı “məhkəmə binasının ətrafında sülənməyimizdən” danışır. Adam hələ də anlamır ki, Britaniya Azərbaycan deyil və burada “məhkəmə binasının ətrafında sülənməklə”, ona yuxarıdan tapşırıq verməklə məhkəmənin qərarına təsir göstərmək mümkünsüzdür.Yaxşı lap deyək biz olaq xarici kəşfiyyatın nökərləri, sən ol vətəpərvər, bir vətənpərvər kimi Azərbaycanda “qazandığın” 15,3 milyon funtun (yəni 34 milyon manatın) vergi ödənişlərin qoy ortaya ol yaxşı oğlan? Məsələn acından köpük qusan Azərbaycan əhalisinə izah et ki, onların hesabına “qazandığın” 10 milyon funtu niyə deputat olduğun ölkənin iqtisadiyyatına yox, ondan 10 milyon dəfə irəlidə olan Britaniyanın iqtisadiyyatına yatırırsan? Ona da aydınlıq gətir ki, London məhkəməsi niyə sənin ailə üzvlərindən müsadirə olunan 5,6 milyon funtun bəraət sənədlərini saxta hesab edib. Bu saxta sənədləri sən haradan almısan? Yaxud dünyaca ünlü “The Guardian”ın bu iddiasına aydınlıq gətir ki, “Britaniya Milli Cinayətkarlığa Qarşı Mübarizə Agentliyi (NCA) Azərbaycan parlamentinin hazırkı üzvü Fayziyevin çirkli pulların yuyulması camaşırxana vasitəsilə Böyük Britaniyaya milyonlarla funt qanunsuz sərvət gətirdiyini bəyan edib. Bizə xarici kəşfiyyatın nökəri deməklə iş aşmır e, cənab Feyziyeb, feyziyab olduğun sərvətin mənbəyi barədə doğru-dürüst sənədlər qoymaq lazımdır ortaya.