SON DƏQİQƏ

Əliyev Azərbaycanı Dünya miqyasında saxta ölkə kimi tanıdır.

Tarix:11-02-2022, 11:37

Əliyevlərin Hakimiyyətdə qalmaları Azərbaycan üçün itirilmiş illərdir!
İlham Əliyev ata Əliyevin xəstələnməsindən sonra Azərbaycan parlamentində saxta yolla mandat almış “millət vəkillərinin”səs verməsi nəticəsində Azərbaycan respubliksının müfaviq qanularına dəyişiklik etdikdən sonra,ilk öncə respublikaya baş nazir olaraq təyin edilid. Bilidyimiz kimi hələ o zamanlardan öncə oğul Əliyev ictimayətdə bacarıqsız adam kimi taninirdi.Xatırlatmaq istəyirəm ki, 2000 və 2005 ci illərdə Azərbaycan müxalifətinin gücü bu gun ki kimi deyildi. Müxalifət meydanlara 100 min bəzən 150 min etirazçı çıxarmağı bacarırdi.Elə o illərdə insanlar arasında hətda müxalifət düşərgəsi arasında gəzən bir şayə var idi,İlham Əliyev qumarbaz əyyaş olduğu üçün onu müxalifət, prezident seçilsə belə cəmi 2 aya devirəcəkdir.Bəzəndə belə şayə dolanırdı ki,oğul Əliyev cox yumuşaq və mehriban adamdır,buna səbəb isə xaricdə 1 ci yer ve ikinci yer tutan idmançılarımıza Əliyevin Milli Olimpiya Komitəsinin preztentlik budcəsindən istifadə edərək milyonlar xərcləməsi idi.
Onu isə yumuşaq göstərməyə yenədə Azərbaycan MTN çalışırdi.Bunun başlıca səbəbi isə güclü xalq birliyi ilə əhatə olunan müxalifəti bir nov rahatlatmaq idi,atasını yıxırıq yumuşaq oğluna nə var ki deyən insanlarin bir növ başlarının altına yasdıq qoymaq kimi.
Nəhayət 2003 cü il oktyabr ayı gəldi və seçimi uduzan Əliyev mərkəzi seçki komissiyası tərəfindən xalqın 95 faizindən çox səsəini alan president kimi təqdim edildi.Xalq yuxarıda qeyd etdiyim kimi,Əliyevi atasından bir qədər yumuşaq bilrək küçələrə axışdı.Sonu isə qeyd etməyə dəyməz,xalq totalitar bir şəkildə qəddarcasında döyülərək səsləri oğranıldı.Bu gün yəni 2016 cı noyabr ayi o hadisələrdən tam 13 il keçir ,ancaq xalqın o dövurdə yumıaq və keyf əhli dediyi Əliyevdən heç bir əlamət qalmadi.Hər gün onun zülmləri artaraq davam etməkdədədir.Jurnalist həbs edilməsi,siyasi aktivistlərin oğranilması həbsxanalara salınaraq işgəncəyə məruz qalmasında Azərbaycan dunyada statiskaya görə az qala dünyada 1 ci yer tutur.Əliyev nədən bu qədər zulm edə bilir və bunun səbəbi nədədir,çox asan və bəsit cavab.Çünki Əliyev rejimi ölkədə qərb və avropa dəyərlərinə düşmən kəsilmişdir.Bu az deyilmiş kimi,3 il qabaq yeni qanuna görə avropada təhsil alan gənclərimizin diplomları artıq taninmamaqdadır.Əliyevin bunu etməsində bir səbəbi var ki ,Avropa və qərb ölkələrində oxuyub yetişən gənclər hər zaman rejim üçün təhlükəlidir.Qərb dəyərləri dikdatura despotism və totalitar rejimə yox deyərək qarşısında duran bir maneədir.Əliyevlərində qorxduğu, qərbdə təhsil alıb ölkəyə gələn gənclərdir.Bunun üçündə əllərindən gələn qədər bunun qarşısını almağa çalışırlar.Ölkəmizdən xaricdə gedib təhsil alan gənclərimiz də Azərbaycanın xaricdəki səfirliklərinin Azərbaycan rəhbərliyi kimi xalqa yox öz mənafeləri və hakim rejimin mənafeləri üçün işlədiklərini bilirlər.onuda qeyd etmək yerinə düşərdiki ölkəmizin avropa ölkələrində olan səfirlikləri Azərbaycan da kı mövcud olan rejimin sifarş və kirli pullarını yumaqla məşquldurlar.Hakim sistemin pul axışı xusu ilədə avropa ölkələrnə cixan qeyri rəsmi “qaraÜpullar məhs ölkəmizin xaricdəki səfirlikləri tərəfndən bəzi avropalı məmurlara peş kəş çəkilməkdədir.Son dövurlərdə Avropa şurasının həm sədrlərinin və umumilkdə şura toplantisinda Azərbaycanda kı olan mövcud vəziyət və sisasi mıhbuslara olan durumlarda susqunluqda Azərbaycanının avropadakı “səfir”lərinin rolu az olmamışdır.Əldə etdiyim məlumata görə bu işlərda xususi fəallağına görə seçilən hakim ailəya yaxınlığı ilə tanınan Azərbaycan respblikasının İtaliyadakı fövqalədə və səlahiyyətli səfiri Məmməd Əhmədzadədir. Məmməd Əhmədzadə artiq 7 ildən çoxdur ki İtalyada səfir olaraq işləməkdədir.Onuda xatridaim ki Məmməd Əhmədzadə bu qisa ildə az qala milli qəhrəman medalini belə alsin. Məmməd Əhmədzadənin qisa muddətda bu qədər medal və təltifinə səbəb isə göründüyü kimi onun hakim rejimə yaxınlıği və italyadada rüşvət müqabilində havadar topladığı üçün qazanmışdır.Vurğulamaq yerinə düşərdiki avropa şurasının son dinləmələrində Avropa şurasının fransalı üzvü Azərbaycandakı durumla bağlı sərt mövqə sərgilədiyi halda,Azərbaycan pullları ilə məsti xumar olmuş İtalia nümayəndə heyəti isə,Azərbaycan avropaya belə demokratya yolunda öz tövhəsini verər sözü ilə yadda qaldı.Buda onu göstərir ki Məmməd Əhmədzadə bu qisa müddətdə heç də boç oturmamışdır.Azərbaycan səfirlərinin rəzaləti bununla bitmir,2014 cü ildə polşa da kı səfirimizin ailsəsiylə bağlı olan biabrçı olay hələdə gündəmdədir.Səfirin qızının polşa polisinə rüşvət təklif etməsi kimi biabrçı olaylar.Azərbaycanının böyük biritania səfiri isə Tahir Tağızadəyə gəldikdə isə,Azərbaycan pullarını olduğu ölkəyə çixararaq tikinti biznesi ilə məşquldur və AZərbaycanın səfirlinin binası isə nəzərdə tutulmuşdan kiçik ayliq kirasi isə ölkəmizə milyon dollarlara başa gəlir.Belə olan halda gərək biz xalq olaraq Azərbaycanda mövcud rejimə qarşı hər gün dayanmadan aksiya mitinqlər edək,Azərbaycanının İtaliyadakı,Böyük Britaniyadakı,Polşadakı və bunun kimi bir cox ölkərdəki səfirlərinə qarşı vətəndaşlarımız hər gün mitiq etsin bələ bu cür rüsvayçılqıarı avropa cəmyətinə çata və könüllü istefa verələr.
AXCP PA-nın “dialoq” adı altında qurduğu planı pozdu

Artıq bəlli olduğu kimi, Prezident Administrasiyasından AXCP sədri Əli Kərimliyə görüş təklifi gəlib. PA-nın siyasi partiyalarla iş şöbəsinin müdiri Ədalət Vəliyev AXCP sədri ilə görüşmək istəyib. AXCP sədri də bu təklifə partiyanın cavabını martın 10-da Osmanqızı kanalına canlı yayımla müsahibəsində açıqlayıb. Bəlli olub ki, partiya hakimiyyətlə görüşüb dialoq aparmağa razıdır, lakin bunun predmetli və subordinasiya qaydalarına uyğun aparılmasını istəyir. Ə.Kərimlinin həmin açıqlamasından dərhal sonra, martın 11-də ölkə başçısı İlham Əliyev məsələyə münasibət bildirib. Milli Məclisin yeni tərkibdə ilk iclasında çıxışı zamanı o, AXCP-nin təklifinə mənfi münasibət ifadə edib, bunu “dialoqdan imtina” kimi qiymətləndirib və partiyanın ünvanına aşağılayıcı ifadələr işlədib.

AXCP sədri Əli Kərimli İlham Əliyevin dediklərinə özünün feysbuk səhifəsində geniş yazı ilə münasibət bildirib. Yazını təqdim edirik:

Necə demişdik? Demişdik ki, ya predmetli, bərabərhüquqlu iqtidar – müxalifət dialoqu olacaq, ya da biz imitasiyada iştirak etməyəcəyik. Xalq qarşısında verdiyimiz sözü tutduq. Dialoqdan imtina etmədik, ancaq imitasiyada rol almaqdan imtina etdik.

Hakimiyyət AXCP sədri olaraq mənimlə görüş təklif edəndə belə bir sadə sxem üzrə düşünmüşdü: AXCP sədri bizim istədiyimiz formada, yəni şərtsiz qaydada Prezident Aparatının şöbə müdiri ilə görüş təklifini qəbul edərsə, çox yaxşı. Başlatdığımız dialoq imitasiyası bir az ciddiləşər, islahat nağılına yeni nəfəs verərik, həm də xalqa göstərərik ki, ritorikası fərqli olsa da, əməldə AXCP də digərlərindən fərqlənmir. Yox, əgər görüş, “dialoq” təklifimizdən imtina edərsə, o da pis deyil. Onda da kampaniya başladarıq ki, biz iqtidar – müxalifət dialoqunu həqiqətən istəyirdik. Hətta AXCP-yə də görüş təklif etdik, ancaq AXCP dialoqdan imtina etdi. Çünki o radikaldır, dinc, tədrici islahatlara qarşıdır və s.

Ancaq biz hökumətin görüşmək təklifinə onların hesablamadığı cavabı verdik. Nə qaçaraq görüşə yollandıq, nə də görüşdən imtina etdik. Mövqeyimizi aşkar şəkildə, xalqın qarşısında bəyan etdik ki, dialoq təşəbbüsünüz ciddidirsə, dialoqun mövzusu, predmeti olmalıdır. Dialoq zamanı subordinasiya qaydalarına əməl olunmalıdır. Bildirdik ki, AXCP sədrinin müavini Seymur Həzi Prezident Aparatının şöbə müdüri Ədalət Vəliyevlə ilk növbədə bu mövzuları müzakirə edə bilər.
1.Siyasi məhbusların azad edilməsi;
2.Sərbəst toplaşma azadlığının təmin edilməsi;
3.Seçki islahatının aparılması;
4.Yeni seçkilərin keçirilməsi;
5.Qarabağ problemi və dövlətin təhlükəsizlik məsələləri.

Gördüyünüz kimi, AXCP özünün, üzvlərinin, sədrinin pozulmuş hüquqları ilə bağlı deyil, yalnız ümumxalq maraqlarına uyğun məsələləri müzakirə etməyə hazır olduğunu bildirib. Onu da bildirdik ki, tərəflərin nümayəndələri müzakirə olunan məsələlərlə bağlı ilkin razılıq əldə etsə, gerçək dialoq tərəflərin rəhbərliyi səviyyəsində davam edə bilər.

Bizim bu mövqeyimizə cavabı bir gün sonra İlham Əliyev özü verdi və bizim imitasiyadan imtina edib, real məzmunlu dialoqa hazır olmağımızı görüşdən imtina kimi qiymətləndirdi. Bizim əvvəlcədən də güman etdiyimiz özünü doğrultdu. Təsdiqləndi ki, hakimiyyət real müxalifətlə predmetli və gerçək dialoqa hazır deyil, onun istədiyi dialoqun görüntüsünü yaratmaq, imitasiya ilə xalqı və dünya ictimaiyyətini aldatmaq idi. AXCP-nin səbatlı, prinsipial mövqeyi hakimiyyətin bu niyyətini də ifşa etdi. AXCP bu sınaqdan da üzüağ çıxdı. Xalqımız əmin olsun ki, AXCP hər zaman prinsiplərinə sədaqətli olacaq. Bizim üçün şəxsi və qrup maraqları heç vaxt milli maraqlarımızdan, xalqımızın ümumi maraqlarından öndə olmayacaq.

O ki qaldı İlham Əliyevin AXCP-ni “marginallaşmış”, “dərnək tipli qruplaşma” adlandırmasına, həvəsi varsa, özünü aldatsın, xalqı belə yalanlar aldatmaz artıq. Adama deyərlər, sən necə güclü, sabit hakimiyyətsən ki, həmin “dərnək tipli qruplaşmanın” mitinqlərindən qorxursan, bir ildən çoxdur ki, mitinqlərə razılıq verməyə ürək etmirsən, həmin “qruplaşma” mitinq edəndə şəhərin mərkəzində, metronu, ictimai nəqliyyatı, interneti, hətta mobil rabitəni bağlayırsan, şəhərin mərkəzinə zirehli texnika yeridirsən?

Hə, bir də İlham Əliyev gərək unutmasın ki, söhbət artıq təkcə Milli Şura və AXCP-dən getmir, xalqımızın mütləq əksəriyyəti indiki hakimiyyətə müxalifətdədir və köklü dəyişiklik istəyir.

Omarov Ədalətскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN