SON DƏQİQƏ

ABŞ səfiri Din tərəfindən işgəncəyə məruz qalan Tofiq yaqublu ilə görüşüb.

Tarix:12-02-2022, 11:07

site logo
LİVE
Azerbaijani
AZƏRBAYCAN
ABŞ səfiri işgəncəyə məruz qaldığı bildirilən müxalif fəal ilə görüşüb
Fevral 11, 2022
Tapdıq Fərhadoğlu
US Ambassador Lee Litzenberger, opposition activist Tofig Yagublu and lawyer Nemat Karimli
US Ambassador Lee Litzenberger, opposition activist Tofig Yagublu and lawyer Nemat Karimli

Fevralın 11-də Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu və onun vəkili Nemət Kərimli ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerlə görüşüb. ABŞ-ın Azərbaycandakı Səfirliyində keçirilən görüş bir saatadək davam edib.

Tofiq Yaqublu Amerikanın Səsinə bildirib ki, görüş çox maraqlı və səmərəli olub.

“Səfirliyin ötən il dekabrın 1-də polisin mənə qarşı törətdiyi vəhşiliyini ilk andan diqqətlə izlədiyini bildirən cənab səfir, məndən və Nemət bəydən bu haqda əlavə məlumatlar aldı. Bundan əlavə ölkədəki ictimai-siyasi vəziyyət haqqında geniş fikir mübadiləsi apardıq,” Yaqublu qeyd edib.

Tofiq Yaqublu ötən ilin dekabrın 1-də Bakıda Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmova dəstək aksiyasında polislər tərəfindən saxlanılıb. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində (Bakıdan 60 kilometr qərb) tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Yaqublu bildirir ki, onu polislər döyüb.
Daxili İşlər naziri Vilayət Eyvazov Yaqublunu polislərin döyməsini istisna edib.

Nazirlə görüşdən sonra bu haqda açıqlama verən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, onlar Yaqublunun döyülməsi məsələsini müzakirə edəndə Eyvazov bunları deyib.

"Bildirdi ki, aksiyada saxlanılarkən və maşına mindirilərkən müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti yoxdur. Nazir dedi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Soruşduq ki, o zaman niyə bu hadisə ilə bağlı cinayət işi başlanmır? Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq," hüquq müdafiəçisi qeyd edib.

Yaqublu dekabrın 3-də Səbail rayon Prokurorluğunda işgəncələrə məruz qalması ilə bağlı 4 saat 30 dəqiqə ifadə verib.

Prokurorluq bildirib ki, araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyinin tələbinə görə cinayət hadisəsi olmaması əsası ilə toplanmış material üzrə dekabrın 30-da cinayət işinin başlanması rədd edilib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN