SON DƏQİQƏ

Tacikistan prezidentinin qızı istənilən biznesi hər kəsin əlindən ala bilər

Tarix:7-07-2023, 12:57

- Jurnalist araşdırması
Azərbaycan hakimiyyəti Qərbdəki məmurlara uğurla rüşvət verir, Avropa dəyərlərinə sadiqliyini bəyan edir - eyni zamanda azad medianı bağlayır və ya bloklayır, jurnalistləri təqib edir, milyardlarla dollarlıq korrupsiya sxemləri həyata keçirir.
Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Öyrənilməsi Mərkəzinin regional redaktoru, bosniyalı araşdırmaçı jurnalist Miranda Patruçiç müsahibəsində bu hadisələrdən danışıb.
O, Azərbaycanla yanaşı, digər Mərkəzi Asiya ölkələrində də: Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya hallarına nəzarət edir.
Miranda Patruçiç
Miranda, məlumdur ki, Azərbaycanda avtoritar rejim qurulub, korrupsionerdir. Korrupsiyanın məhdudlaşdırılması üçün heç bir demokratik proses yoxdur. Azərbaycanlı jurnalistlərin təqib edilməsini eşidirik. Hazırda hansı mövzular üzərində işləyirsiniz?
Rəsmi xəttə zidd materiallar dərc edən bütün jurnalistlər Azərbaycanı tərk etmək məcburiyyətində qalıblar. Bu, son 5-10 ildə belə davam edir. İndi Azərbaycanda gördüyümüz şey – söz azadlığına real hücum – yeni deyil. Bu proses Orta Asiyanın müxtəlif ölkələrində uzun müddətdir ki, davam edir.
Bu ölkələrdə hər kəs cəzasızlığa öyrəşib. Orada polis və məhkəmə müstəqil olmadı. Üzərinizə narkotik əkilə bilər. Jurnalist, məsələn, polis əməkdaşı ilə mübahisə etdiyinə görə məhkum edilə bilər. Bunun üçün onlara bir neçə ay həbs cəzası verilə bilər. Onlar korrupsiyada və ya qeyri-qanuni məşğulluqda ittiham oluna bilərlər. İnsanlar buna görə illərlə həbsxanaya düşürlər.
Azərbaycanlı araşdırmaçı jurnalist Əfqan Muxtarlı (ortada) mayın əvvəlində Gürcüstanda oğurlanıb. İndi o, Azərbaycan ərazisindədir və orada dövlət sərhədini qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. Şəkil: Qafqaz düyünü
Yerli hakimiyyət orqanları da vətəndaşların məlumat əldə etməsinə icazə vermir. Oradakı media sadəcə qapalı ola bilər. Məsələn, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin internet saytı Azərbaycanda bloklanıb, yəni onlar ölkə daxilində auditoriyaya çata bilmirlər. Hakimiyyət istənilən müstəqil səsi, onun fəaliyyəti ilə bağlı istənilən tənqidi yatırtmaq üçün çox diqqətlə işləyir.
HƏMÇİNİN OXU: “Azərbaycan prezidentinin ailəsinin Gürcüstandakı biznesini araşdıran ilk jurnalist əfqandır” – qaçırılan jurnalistin həyat yoldaşı
Beynəlxalq səviyyədə Azərbaycan prezidenti İlham Əliyevin sui-istifadələrinə dair çoxlu sübutlar toplanıb və dərc olunub. Söhbət son dərəcə böyük pullardan gedir, çünki bura neftlə zəngin ölkədir. Qərb şirkətləri Əliyevin sxemlərinə qarışıb. Beynəlxalq ədalət bir şəkildə bu korrupsiyaya cavab verə bilərmi?
Başqa bir misal: Avropa Parlamentinin İtaliyadan olan deputatları Pino Arlacchi və Fiorello Provera Azərbaycan hökumətindən pul alıblar (onlar 2013-cü ildə bu ölkədə keçirilən prezident seçkilərini “müşahidə etmək” üçün gediblər; səfər nəticəsində onlar hesabat yayıblar ki, ATƏT missiyası tərəfindən səsləndirilən Azərbaycanda seçki prosesi ilə bağlı tənqidi fikirlər yer almayıb - Red.).
Bu ölkənin hakimiyyət orqanları davamlı olaraq Avropa Birliyinə yaxın olmaq və Avropa dəyərlərinə hörmət etmək istədiklərini bəyan edirlər. Bu bir tərəfdən. Digər tərəfdən, jurnalistləri təqib edir, ölkəni azadlıqdan məhrum edirlər.
Bu, həqiqətən neftlə zəngin ölkədir. Bunun sayəsində Avropa və Amerika şirkətləri azərbaycanlılarla əməkdaşlığa xüsusi maraq göstərirlər. Bu sahəyə külli miqdarda vəsait xərclənir. Avropalılar görürlər ki, bu ölkədə heyrətamiz dərəcədə zəngin bir ailə hakimiyyətdədir, o, Londonda əmlak alır, orada qalereyalar, xeyriyyə fondları açır, bütün Avropada abidələr tikir. Orada insanlar korrupsiya və sadə insanların həyatı haqqında heç nə bilmirlər.
7 il həbsdə olan Xədicə İsmayılovadan danışdıq. O, böyük beynəlxalq təzyiqlərə görə azad edilib. Onun hekayəsi Avropada çoxlarının gözünü Azərbaycana açdı. Avropalılar işgüzar göydələnlərin gözəl şəkillərini görürlər, amma adi insanların həyatını görmürlər. Biz jurnalistlər onlar haqqında danışmalıyıq.
Gəlin digər Orta Asiya ölkələrindən danışaq. Onlar da Qərblə ortaq dil tapmağa çalışırlar. Onlar daha az tanınır və beynəlxalq diqqəti cəlb etmir. Söhbət Türkmənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstandan gedir. Sonuncu ölkə yarı demokratikdir. Tacikistanda prezident Emomali Rahmon və onun oğlundan eşitdiklərimizə görə vəziyyət getdikcə pisləşir.
Son iki il ərzində biz bu ölkələrdə fəaliyyət göstərən Qərb şirkətlərinin Özbəkistan və Tacikistan bazarlarına çıxış üçün necə böyük rüşvət verməyə məcbur olması barədə çoxlu materiallar hazırlamışıq. Orada yaxşı pul qazana bilərsiniz, buna görə də Qərb şirkətləri onlar üçün mübarizə aparır. Lakin bu şirkətlərin mənşəyi ölkələrində qanunun aliliyi prinsipi tətbiq edilir. Əgər onlar Mərkəzi Asiyada rüşvət verirlərsə, yenə də Qərb məhkəmələrində mühakimə oluna bilərlər.
Bizə Tacikistan haqqında bir az ətraflı məlumat verin, çünki bu ölkə haqqında mediada az yazılır. Özbəkistan resurslarla zəngindir, Qazaxıstan öz qaz şirkətləri vasitəsilə xarici investisiyaları cəlb etməyə çalışır. Amma Tacikistanın ciddi vəsaiti və ya nefti yoxdur və orada jurnalistlərin işi mürəkkəbdir və vəziyyət getdikcə pisləşir.
Tacikistan prezidentinin çoxlu qızları var. Və bu mövzuya çox həssasdır. Amma o, daha çox onların ölkədə bizneslə məşğul olan ərlərindən narahatdır. Onun kürəkənlərindən birinin bütöv bir biznes imperiyası var və o, əyalət iqtisadiyyatının böyük bir faizinə nəzarət edir. Buraya həm böyük kömür mədənləri, həm də avtomobillər üçün nömrə istehsal edən müəssisə daxildir. Ona görə də mahiyyət etibarilə bütün ölkəni müstəqil idarə etməyə çalışan bir ailə var. Və uğur qazanırlar.
Biz bir çox hallar eşitmişik ki, məsələn, Tacikistan prezidentinin qızlarından biri küçədə hansısa uğurlu biznes görüb: “Mən bunu istəyirəm” deyə bilər. Bu müəssisənin sahibinin biznesi prezidentin qızlarından birinə verməkdən başqa çarəsi yoxdur. Ona görə də bu ölkədə heç bir şey özəl deyil, əslində hər şey bir ailənin mülkiyyətidir.
Biz ukraynalılar dərk edirik ki, ölkəmizdə bizi narahat edən mühüm məsələlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək nə qədər çətindir. Biz ona müraciət edirik ki, problem təkcə bizə aid deyil. Siyasətçilərimiz çirkli pulları yuyursa, o zaman dünyanın hər kəsə aid olan qanunun dəyərini və hərfini xatırlaması lazımdır. Eyni şeyi Mərkəzi Asiya ölkələrinə münasibətdə də etmək olarmı?
Bu bölgə mənim üçün bir jurnalist kimi son dərəcə maraqlıdır. Mən hardan gəlirəm, siyasətçi bir milyon oğurlayırsa, qalmaqaldır. Orta Asiyada milyardlar oğurlanır, bu artıq qəribə bir şey deyil. Bunu gizlətməyə belə cəhd etmədən meydan oxuyurlar və bunun üçün onlara heç nə olmayacaqmış kimi davranırlar.
Düşünürəm ki, bu region həm də ona görə maraqlıdır ki, o, hələ də Rusiyanın təsir dairəsidir. Təbii ki, Qərb şirkətləri ora girməyə çalışır, lakin beynəlxalq jurnalistlərin bu məsələ ilə bağlı məlumat əldə etmək imkanı yoxdur.
Bəli, düzdür, beynəlxalq jurnalistə Orta Asiya ölkələrində işləməyə icazə verilsə belə, təqiblərə məruz qalacaq.
Beləliklə, biz kömək etməkdən daha çox zərər verə bilərik - biz tez-tez işlədiyimiz yerli jurnalistlərə təhlükə yaradırıq. Daha sonra onlar təhdid oluna, işdən çıxarıla və ya başqa təsirə məruz qala bilərlər. Belə ölkələrin kəşfiyyat xidmətləri əcnəbi müxbirlərin hər bir hərəkətini izləyir, otel telefonunuz dinlənilə bilər, otağınızda kamera ola bilər. Ona görə də xaricdən gələn jurnalistlər öz sözlərinə, hərəkətlərinə çox diqqətli olmalıdırlar.
Mərkəzi Asiya ölkələrində bəzi sənaye sahələrində korrupsiyadan danışa bilərsinizmi? Yaxın Şərqdən danışsaq, neft mövzusu bu və ya digər şəkildə gündəmə gəlir. Başqa hansı sahələr haqqında düşünə bilərsiniz? Hansı şirkətlər?
Telekommunikasiya, mədənçıxarma, enerji, tikinti, neft və qaz. Bunlar ən gəlirli sahələrdir. Ancaq başqa bir şey olur. Təəccüblənəcəksiniz, amma Azərbaycanın “birinci ailəsi” inək fermasının sahibidir. Düşünə bilərsiniz ki, bu qəribədir, belə bir təsərrüfat onlara niyə lazımdır? Ancaq bütün mümkün mənbələrdən pul almaq istədikləri üçün buna ehtiyac duyurlar.
Azərbaycan prezidentinin ailəsi bir bank deyil, səkkiz bankın sahibidir. Düşünə bilərsiniz ki, bir və ya iki otelin olması kifayətdir, amma on beşulduzlu otelləri var. Görünə bilər ki, onların yalnız Azərbaycanda biznesləri var, əslində isə Türkiyə və Gürcüstanda da biznesləri var. Buna görə də, bir ailə tərəfindən idarə olunan qlobal bir işdir

Hazırladı:           Natalya Gumenyuk
                           Miranda Patruçiç
Tərcumə etdi:   Elnur Əliev
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN