SON DƏQİQƏ

Trampın rüsumlardan əldə etmək istədiyi gəlirin məbləği açıqlandı: On ildə...

Tarix:30-03-2025, 22:52

ABŞ-ın ticarət tərəfdaşlarına tətbiqa edəcəyi rüsumlardan on il ərzində təxminən 6 trilyon dollar gəlir əldə etməyi planlaşdırır.
Xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro deyib.
O, Fox News-a müsahibəsində deyib: "Tariflər ildə təxminən 600 milyard dollar gəlir gətirəcək, bu, 10 il ərzində 6 trilyon dollar deməkdir".
Navarro əlavə edib ki, Birləşmiş Ştatlar təkcə avtomobil tariflərindən təxminən 100 milyard dollar qazanacağını gözləyir. O, həmçinin qeyd edib ki, Tramp administrasiyası Amerika avtomobilləri alanlar üçün vergi güzəştləri tətbiq etmək niyyətindədir.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN