SON DƏQİQƏ

Azı 33 nəfər siyasi baxışlarına görə məcburi şəkildə psixiatrik müəssisələrə göndərilib

Tarix:24-04-2025, 17:30

2020-ci ildən Belarusda beşi qadın olmaqla azı 33 nəfər hakimiyyətlə razılaşmadığına görə məcburi psixiatrik müalicəyə göndərilib. Bu barədə BMT-nin insan hüquqları üzrə ekspertlərinin müraciətində deyilir.
Müraciət müəlliflərinin məlumatına görə, səkkiz nəfər artıq azadlığa buraxılıb. Azı 25 nəfərin xarici dünya ilə əlaqəsi kəsilib, bugünə qədər onların taleyi haqqında heç nə məlum deyil.
Sənəddə deyilir ki, psixiatrik xəstəxanada məcburi müalicə qeyri-insani və ya ləyaqəti alçaldan rəftara bərabər tutula bilər. Vurğulanır ki, bu cür rəftar əqidə azadlığına təhdiddir, çünki dərmanlar və elektrik boşalmalardan zehni qabiliyyətləri idarə etmək və ya yavaşlatmaq üçün istifadə oluna bilər.
2020-ci il prezident seçkisinin nəticələri avtoritar Belarus lideri Aleksandr Lukaşenko rejiminə qarşı kütləvi etirazlara səbəb olub. Hakimiyyət bu aksiyalara genişmiqyaslı repressiyalarla cavab verib, minlərlə insan dəmir barmaqlıqlar arxasına göndərilib. Təqiblər bu günə qədər davam edir. "Vyasna" hüquq-müdafiə mərkəzinin məlumatına görə, 2020-ci ildən bəri azı 3 min 277 nəfər etiraz aksiyalarında iştiraka görə məhkum edilib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN