SON DƏQİQƏ

Ukraynada separatçıların “Givi” ləqəbli məşhur komandiri öldürülüb

Tarix:8-02-2017, 17:01

Ukraynada qondarma “Donetsk Xalq Respublikası”nın liderlərindən biri, “Somali” batalyonunun komandiri, “Givi” ləqəbli məşhur terrorçu Mixail Tolstıx öldürülüb.

Bu barədə separatçıların “operativ komandanlığı” açıqlama yayıb. M. Tolstıx yerli vaxtla saat 06:12-də qətlə yetirilib. Hələ ki onun hansı şəraitdə öldürüldüyü dəqiq bəlli deyil. Hadisə yerində separatçıların istintaq qrupu işləyir.

 “Donetsk Respublikasının xəbərləri” adlı agentlik “Givi”nin kabinetində törədilmiş partlayış nəticəsində öldüyünü xəbər verib. Donetsk separatçılarının keçmiş komandiri İqor Strelkov isə özünün “VKontakte”dəki səhifəsində “Givi”nin otağına “Şmel” odsaçan qurğusu ilə atəş açıldığını yazıb.

“Donetsk Xalq Respublikası”nın “Müdafiə Nazirliyi” hadisəni “Ukrayna hakimiyyəti tərəfindən Donbas sakinlərinə qarşı başladılmış terrorçu müharibənin davamı” kimi qiymətləndirib.

Qeyd edək ki, M. Tolstıx və “Somali” batalyonu Donbasda gedən döyüşlərin aktiv iştirakçısı olub. Ukrayna tərəfi onları hərbi cinayətlər törətməkdə ittiham edirdi. “Givi”nin əsir düşmüş Ukrayna əsgərlərini alçaltması, onlara işgəncə verməsi, hətta bəzi əsirləri güllələməsi barədə faktlar var.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN