SON DƏQİQƏ

11 Sentyabr barədə proqnoz verən alim ABŞ üçün "son tarixi" açıqladı

Tarix:14-02-2017, 13:07

SSRİ-nin  dağılması və Amerikada 11 sentyabr hadisəsi  barədə əvvəlcədən verdiyi proqnozlarından sonra tanınan məşhur norveçli  alim Yohan Qaltunq  ABŞ imperiyasının gələcəyi barədə də öz fikirlərini bölüşüb. Sosioloqun fikrincə Birləşmiş Ştatlar 2020-cı ilə kimi tam dağılacaq.
 
Amerikanın hegemon dövlət statusunu 2025-ci ildə itirəcəyi barədə Qaltunq elə 2000-2000-ci ildə elan etmişdi. O zaman norveçli sosioloqun bu proqnozu  böyük səs-küy yaratmışdı. Hazırda isə  alim  öz pronozunu incələdikdən sonra kollapsın tarixini 5 il geri çəkib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə The Independent  nəşri xəbər yayıb. 
 
Alimin «Amerika imperiyasının yıxılması – Bəs sonra?» kitabında ABŞ-ın yıxılmasının final mərhələləri təsvir olunub, hansı ki, bunlar Trampın seçkiqabağı kampaniyasının vədləri idi.  Tramp öz çıxışında  3 milyon qeyri-leqal miqrantın deportasiyasından və Meksika ilə sərhəddə divarın  hörülməsindən danışmışdı. 
 
Bundan başqa, alimin fikrincə, ölkə beynəlxalq avtoritetinin itirəcək, dünyanın hegemon ölkəsi olmaqdan çıxacaq, bu da faşist ruhiyəsinin yaranmasına gətirəcək.
 
Professor hesab edir ki, ABŞ-ın məhvini dolayı yolla təsdiqləyəcək daha bir fakt  seçilmiş prezidentin  NATO-ya tənqidi münasibətidir. Hələ ki, Avropa  ABŞ-ın bütün hərbi kampaniyalarını dəstəkləyir, lakin 2020-ci ildən sonra bu dayana bilər. Bu səbəbdən 2020-ci ili alim  Amerikanın  dağılması üçün «son tarix» adlandırıb.
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN