Rusiyada gənclərin böyük bir qismi "Valentin Günü"nü bayram kimi keçirməyə qarşı çıxıblar. Bunu "Rambler" analitik xidmətinin keçirdiyi sorğunun nəticələri göstərib. Respondentlərin 65 faizi 14 fevral tarixini "Sevgililər günü" kimi qeyd etmək fikrində olmadıqlarını bildiriblər.
Respondentlərin 14% -i sevgililərinin olmadığı üçün bu günü bayram kimi qeyd etməyəcəklərini açıqlayıb. Yalnız 21% bildirib ki, 14 fevralı "Sevgililər Günü" kimi qeyd edəcək.