SON DƏQİQƏ

Türkiyədə "Siqaretə YOX" afişaları referenduma görə yığışdırıldı

Tarix:14-02-2017, 13:11

Türkiyənin Konya  Xalq Sağlığı Müdürlüyü tütün əleyhinə "Dumansız hava" kampaniyasını dəstəkləmək üçün "Xeyr!" başlıqlı tədbiri dayandırıb, referendumla  bağlantı  qurula biləcəyi səbəbi ilə afişa və broşuraları yığışdırtdırıb. Bu barədə "Sözcü" xəbər yayıb.
 
Şəhərin  müxtəlif bölgələrində evlərə, iş yerlərinə paylanan  və divarlara asılan  afişalarda belə ifadələr olub: "Nəyi qazanmaq istədiyinizə qərar verin… Uşaqlarınızı zəhərləmək istəyərsiniz? İqtidarsız olmaq  istəyirsiniz?  Əlil arabasında həyat sürmək istəyirsiniz? Xərçəng olmaq istəyirsiniz?.. ЙОХ desəniz həyatınızı və gələcəyinizi qazandınız".
 
AK Partinin  Konyadan olan millət vəkili  Abdullah Ağrılı da "Broşuralar əvvəlcədən  hazırlanmışdı. Yanlış anlaşılmaya səbəb olmaması üçün  paylaşımı dayandırıldı", - deyib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN