SON DƏQİQƏ

Ərdoğan: “16 apreldən sonra bir referenduma da gedə bilərik”

Tarix:26-03-2017, 00:54

İsveçrənin paytaxtı Berndə terror təşkilatı PKK tərəfdaşlarının mitinqi və mitinqdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf göstərərək “kill Erdogan” (Ərdoğanı öldürün)” posteri açması Ankaranı qəzəbləndirib.

İsveçrənin Ankara səfiri Valter Haffnerin şəhərdə olmadığına görə, onun köməkçisi Xarici İşlər Nazirliyinə çağırılaraq Türkiyənin etirazı ona çatdırılıb.

Məsələyə münasibət bildirən prezident Ərdoğan da çıxışında bunları deyib: “Bu gün İsveçrədə terror təşkilatları mənim şəklimi qoyur və gicgahıma silah dayayır. Belə bir şey ola bilərmi? Və bu ölkə İsveçrə. Bunun bənzərləri çox. Bir bənzər Brexit üçün biz də 16 apreldə bir referendum edirik. Arxasından müzakirələr üçün də bir referenduma gedə bilərik.”

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN