Başda ABŞ, Rusiya, Çin və İngiltərə olmaqla, təxminən 40 ölkə BMT-nin nüvə tərksilah müzakirələrini boykot edəcəyini bildirib.
BMT-də nüvə silahlarının qadağan edilməsinə dair aparılacaq danışıqlar, 40 ölkə tərəfindən boykot ediləcək. Məsələyə münasibət bildirən ABŞ-ın BMT elçisi Nikki Haley deyib: “Bir ana və qız olaraq, ailəm üçün nüvəsiz dünyadan daha çox istədiyim bir şey ola bilməz. Ancaq realist olmaq məcburiyyətindəyik. Şimali Koreyanın nüvə silahlarının qadağan edilməsini qəbul edəcəyinə inanan var mı?”
ABŞ-ın nüvə tərksilahı məsələsinə qarşı yanaşması yeni deyil. Daha əvvəl Obama rəhbərliyi də nüvə tərksilahı görüşmələrinə qarşı olduğunu açıqlamışdı. Eyni zamanda, Prezident Tramp vəzifəyə gəldikdən qısa bir müddət sonra açıqlamasında da eyni yanaşmanı sərgiləmişdi. O, nüvəsiz bir dünyanı seçdiyini, ancaq dünyada nüvə silahı olduğu halda, ABŞ-ın onun ən çoxuna sahib olması istədiyini söyləmişdi.