SON DƏQİQƏ

Tramp qızını özünə müşavir təyin etdi

Tarix:30-03-2017, 14:13

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp atasına müşavirlik edəcək. Bu barədə ictimaiyyətə İvanka Tramp məlumat verib. O, əlavə edib ki, Ağ Evdə müşavirlik qarşılığında heç bir məvacib almayacaq.
 
Atasına qeyri-rəsmi müşavirlik etdiyi üçün Amerika mediası və ictimaiyyəti tərəfindən tənqid edilən İvanka Trampın münasibəti isə belə olub: "ABŞ Prezidentinə könüllü və bütün etik tələblərə uyğun şəkildə qeyri-rəsmi olaraq apardığım müşavirlik vəzifəsi məsələsində bəzi qayğı və narahatlıqların olduğunu eşitdim. Bundan sonra Ağ Evin rəsmi işçisi olaraq, digər federal vəzifəlilərin bağlı olduğu bütün qaydalara uyğun şəkildə, pulsuz prezidentə xidmət edəcəyəm".

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN