ABŞ prezidenti Donald Tramp Suriyanın İdlib şəhərində yaşananlara bağlı açıqlama verib.
Tramp: “Mənim Suriya və Əsədə qarşı münasibətim çox dəyişdi. Bu hadisə qırmızı xətti keçmək deməkdir mənə görə.Suriyadakı kimyəvi silah hücumuna qarşı hərəkətə keçmək məsuliyyətim var. Dünən edilənlər mənim üçün qəbul oluna bilməz” deyib.