Terror təşkilatı DAEŞ-in Suriyanın Deyrizor şəhərində 33 adamın başını kəsərək, cəsədlərin bir çuxura atıldığı müəyyən edildi.
Suriya Müşahidə Təşkilatının (SOHR) 2017-ci ildə rast gəlinən ən böyük kütləvi qırğın olaraq qiymətləndirdiyi hadisədə, başı kəsilərək edam edilənlərin 18- 25 yaş arasında olduğu, qətldən sonra onların El-Mayadin çölündəki bir çuxura atıldıqları açıqlandı.
Xəbərə görə edam edilənlərin hansı qrupa aid olduqları müəyyən edilə bilmədi. SOHR hadisənin 2017-ci ildə İŞID tərəfindən bir dəfədə reallaşdırılan ən böyük qırğın olduğunu bildirdi.